Yevgeni Priqojin Vladimir Putinin istefasını tələb edən müxalifətə qoşula bilər – Böyük Britaniya kəşfiyyatıbackend

Yevgeni Priqojin Vladimir Putinin istefasını tələb edən müxalifətə qoşula bilər – Böyük Britaniya kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” qrupunun sahibi Yevgeni Priqojinin sərt ritorikası Rusiya müxalifətçilərini “tabu” mövzuları açmağa və Vladimir Putinin Rusiya Federasiyasının prezidenti postunda dəyişdirilməsini tələb etməyə sövq edə bilər.

Editor.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinad edərək məlumat verib. Məlumata görə, 27 may 2023-cü ildə rusiyalı müxalif siyasətçi Boris Nedejdin Rusiyanın NTV telekanalının efirində Avropa ilə normal münasibətləri bərpa etmək 2024-cü ildə yeni prezidentin seçilməsinə çağırıb.

Kəşfiyyat qeyd edir ki, Nadejdin Rusiyanın Ukraynaya qarşı müharibəsinin kəskin tənqidçisi olub və “bu, çox güman ki, müharibə başlayandan bəri Rusiya Dövlət Kanalında Putini əvəz etmək üçün ilk çağırışdır”. Son 15 ayda Rusiya söz azadlığına sovet dövründən bəri görünməyən məhdudiyyətlər qoyub. Bununla belə, “Vaqner” qrupunun sahibi Yevgeni Priqojin kimi millətçi fiqurların son qəzəbli tənqidlərinin müxalifət nümayəndələrini “tabuları” qızışdırmağa təşviq etməsi real ehtimaldır”, – kəşfiyyat belə hesab edir.

//Samir Qurbanov,Editor.az