Britaniya hərbi dairələrində “Vaqner” PMC-nin lideri Yevgeni Priqojinin təyyarəsinin vurulmasının arxasında Rusiya Federasiyasının təhlükəsizlik xidmətinin dayanması versiyayası daha çox həqiqətə uyğun hesab edilir.
Editor.az xəbər verir ki, bu barədə BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner Britaniya hərbi mənbələrinə danışıb. Onlar Priqojinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən məhv edildiyini düşünürlər.
Mənbələr bildirir ki, FSB zabitləri Putinə tam olaraq sadiqdirlər və eyni zamanda sərhəd xidmətindən cavabdehdirlər. Onların fikrincə, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov Priqojinin ölümü nəticəsində öz siyasi mövqelərini gücləndiriblər – bu tandem öz məqsədinə çatıb.
//Samir Qurbanov, Editor.az