Yevgeni Priqojinin şərti: Şoyqunu və Gerasimovu bizə verin!backend

Yevgeni Priqojinin şərti: Şoyqunu və Gerasimovu bizə verin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüşüb.

Editor.az bildirir ki, Rusiyanın Teleqram kanallarında yayımlanan videodan da göründüyü kimi, o, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Müdafiə Nazirliyinin rəhbəri Şoyqunu yanına gətirməyi tələb edir. “Biz bura gəlmişik. Baş Qərargah rəisini və Şoyqunu almaq istəyirik.

Onlar (Gerasimov və Şoyqu – UNİAN.) gəlməyincə biz buradayıq, Rostov şəhərini bağlayır və Moskvaya gedirik”, – Priqojin bildirib. “Əgər siz helikopterlər göndərsəniz, hamısını vuracağıq. Çünki siz dinc əhaliyə atəş açırsınız, mülki insanları məhv edirsiniz, sadəcə insanların olduğu avtobusu məhv etdiniz və sizin vicdanınız yoxdur”, – deyə “Vaqnerçi”lərin lideri hədələyib.

//Samir Qurbanov, Editor.az