Yevgeni Priqojinin şirkətləri oğluna keçirbackend

Yevgeni Priqojinin şirkətləri oğluna keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” PMC-nin qurucusu, biznes reaktivi qəzası nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin “Concord” holdinqinin iki şirkətindəki səhmləri oğlu Pavelə etibar idarəçiliyinə verilib.

Editor.az bu barədə “Daily Storm”a istinadən xəbər verir. Söhbət “Concord Management and Consulting” tikinti şirkətindən və kənar banketlərə xidmət üzrə ixtisaslaşan “Concord Catering” şirkətindən gedir.

Hər iki şirkət Sankt-Peterburqda yerləşir. SPARK-İnterfaks-ın məlumatına görə, şirkətlər noyabrın 30-da etibarnamə ilə Pavel Priqojinin idarəçiliyinə verilib. Rusprofile.ru saytı qeyd edir ki, “Concord Management and Consulting” 1997-ci ildə, “Concord Catering” 2018-ci ildə Evgeni Priqojin tərəfindən qeydiyyatdan keçirilib.

//Samir Qurbanov, Editor.az