Kişinyov Apellyasiya Məhkəməsi vəkillərin Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun cinayət işi üzrə yekun qərar çıxarılanadək həbsdən azad edilməsi ilə bağlı verdiyi vəsatəti rədd edib.
Məhkəmə həmçinin müdafiə tərəfinin Qutsulun məhkəmə iclaslarında fiziki iştirakına dair vəsatətlərini və onun həbs müddətinin yüngülləşdirilməsinə dair digər vəsatətləri də rədd edib.
Hakim Vitali Budeci vəkil Nataliya Bayramın Buiucani Sektor Məhkəməsinin tətbiq etdiyi həbs-qətimkan tədbirindən verdiyi apellyasiya şikayətinin əsassız olduğu barədə qərardad oxuyub. Müdafiə tərəfi iddia edib ki, Moldova Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulan işə baxılması üçün yeni sürətləndirilmiş prosedur Konstitusiyanı pozur. Vəkillər isə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək mübarizəni davam etdirəcəklərini vəd ediblər.
Qeyd edək ki, avqustun əvvəlində Moldova məhkəməsi xanım Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə onun Şor partiyasını maliyyələşdirmək üçün Rusiyadan sistematik olaraq pul aldığına qərar verib. Siyasətçi bütün ittihamları rədd edib və onun vəkilləri hökmdən Kişinyov Apellyasiya Məhkəməsinə şikayət ünvanlayıb.
//Samir Qurbanov, Editor.az

