Yevlax görüşü nə vəd verir?-AÇIQLAMAbackend

Yevlax görüşü nə vəd verir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, dünyanın heç bir yerində terrorçu ilə danışıqlar aparmaq mexanizmi yoxdur. Bu, qəbuledilməzdir”.

Bunu Editor.az-a politoloq Ramiz Alıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğu ilə bağlı məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın antiterror əməliyyatı zamanı Qarabağdakı erməni separatçıları girov saxladıqları eməniəsilli əhalini silahlandıraraq döyüşə məcbur edirdilər:

“Əslində həmin vətəndaşlar Azərbaycan ordusunun və Müdafiə Nazirliyinin göndərdiyi xəbərdarlıq mesajlarını alıb və döyüşə qatılaraq terrorçu olmaq istəmirdilər. Döyüşə məcburetmə yolverilməzdir. Məsuliyyət həmin separatçılar və dəstəkçilərinin üzərinə düşür. Prezident İlham Əliyev Qarabağdakı separatçıların ağ bayraq qaldırması halında erməni icmasının nümayəndələri ilə Yevlaxda görüşün keçirilməsinin mümkünlüyünü qeyd etmişdi” .

Politoloqun fikrincə, Azərbaycan dəfələrlə Qarabağın erməni icmasının nümayəndəsi ilə görüş keçirilməsini təklif etsə də separatçı qurumun liderləri hər-vəchlə buna mane olub:

“Azərbaycan antiterror əməliyyatı keçirməklə həm də erməni icmasını separatçıların əlində girov olmaqdan xilas etdi. Azərbaycanın dəmir yumruğunu görən ermənilər bu gün həmin görüşün keçirilməsinə razı olduqlarını bildirdilər. Rəsmi Bakı görüşün keçirilməsinə tam hazırdır”.

//Safura Bənnayeva, Editor.az