Yevlax görüşündə diqqətçəkən 3 mühüm detalbackend

Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı.

Editor.az axar.az-a istinadən bildirir ki, görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir.

Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var;

İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma “deputat” David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların “bayrağı” əks edilmiş yaxa sancağı yoxdur;

Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmir.

Bu, rəsmi Bakının görüş zamanı bütün subliminal və siyasi məna ehtiva edəcək detalları nəzərə aldığını və üstünlüyünü göstərdiyini sübut edir.