Yevlaxda bir dam altında tikilən iki ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yevlax şəhərində bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 85 m² olan 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 85 m² olan 3 otaqlı evin mətbəxinin və bir otağının tavanı 20 m² sahədə yanıb.
“Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.