Daxili İşlər Nazirliyi Yevlaxda baş verən qətllə bağlı açıqlama yayıb.
Editor.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 10-da Yevlax rayonunun Xaldan kəndindəki kafelərdən birində Xanlar Həmidov münaqişə zəminində həmyerlisi Qorxmaz Bəşirovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Q.Bəşirov qanaxmadan orada ölüb.
X.Həmidov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
