Yevlaxdakı Qarabağ ermənilərinin 2-ci nümayəndəsi də məlum oldubackend

Yevlaxdakı Qarabağ ermənilərinin 2-ci nümayəndəsi də məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir. 

 

Yenisabah.az xəbər verir ki, görüşdə Qarabağ ermənilərinin 2 nümayəndəsi iştirak edir.

Onlardan birinin – separatçıların qondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” fraksiyasının rəhbəri Davit Melkumyan olduğunu xəbər vermişdik.

Qarabağ ermənilərinin 2-ci nümayəndəsinin də şəxsiyyətini dəqiqləşdirmək mümkün olub.

Məlum olub ki, Xankəndidən Yevlaxa gələn 2-ci şəxs xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.