Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Fərid Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) üzrə cinayət işi başlanılıb.
XALQ.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Fərid Ələkbərov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin istintaq məlumatlarına əsasən, o, kibercinayət yolu ilə külli miqdarda pul vəsaitini mənimsəməkdə və dələduzluq əməlləri törətməkdə şübhəli bilinir. Mənbələrin bildirdiyinə görə, Fərid Ələkbərov internet platformalarında “Yochiemura” ləqəbi ilə tanınır.
Hazırda istintaq davam etdirilir.

Xalq.az

