Yol kənarında imsak edərkən faciəvi şəkildə həyatlarını itirən dostların son FOTOsubackend

Yol kənarında imsak edərkən faciəvi şəkildə həyatlarını itirən dostların son FOTOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınmışdı.

Maşını imsak etmək üçün saxlayan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu faciəvi şəkildə həyatlarını itirmişdi.

Hadisə zaman Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan şəxsləri vurmuşdu.

Baku.ws faciəvi şəkildə dünyasını dəyişən dostların son imsak görüntüsünü əldə edib. Belə ki, mərhumlar Qurbanov Emil və Cəfərov Səyavuş avtomobilin yük yerində imsak üçün ərzaqlar qoyaraq Ramazan ayında imsak etməyə hazırlaşıblarmış.

Qeyd edək ki, qəza zamanı həyatını itirən Cəfərov Səyavuş 24 il ərzində polis zabiti olub və mayor rütbəsini daşıyıb. Son illər ərzində isə SOCAR-da Mühafizə Xidmətinin şöbə rəisinin müavini olub.

Allah rəhmət eləsin!

40