Yol polisi əməkdaşı xidməti avtomobilində özünü GÜLLƏLƏDİ – Körpünün girişində … – FOTObackend

Yol polisi əməkdaşı xidməti avtomobilində özünü GÜLLƏLƏDİ – Körpünün girişində … – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trabzonun Akyazı rayonunda yol hərəkətinə nəzarət edən polis məmuru avtomobilində intihara cəhd edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Akyazı tunelinin girişində saat 08:15 radələrində baş verən hadisədə 50 yaşlı polis məmuru Nəcməttin Sevil polis maşınının içərisində özünə tabel silahından – tapançadan atəş açaraq intihara cəhd edib.

Hadisədən duyuq düşən vətəndaşlar dərhal əraziyə təcili yardım çağırıblar. İlk müdaxilədən sonra xəstəxanaya çatdırılan polis məmurunun həyatını xilas etmək mümkün olub. Hazırda köçürüldüyü xəstəxananın reanimasiya şöbəsindədir.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb.