Yol polisi postuna silahlı hücum: yaralananlar varbackend

Yol polisi postuna silahlı hücum: yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Şimali Osetiyada naməlum şəxslər yol polisi postuna hücum ediblər.

Editor.az xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb. Onlar avtomat silahlardan İnquşetiyanın Nazranovski rayonunun Kantışevo kəndi yaxınlığında yerləşən “Volqa-14” postunu atəşə tutub.

Şimali Osetiya ərazisində Nazran-Kantışevo və Malqobek-Maiskoye magistrallarının kəsişməsində yerləşən yol polisi postuna hücum təxminən 00:25-də həyata keçirilib, Nəticədə iki polis əməkdaşı müxtəlif dərəcəli güllə yaraları alıb və xəstəxanaya yerləşdirilib.

Şimali Osetiya İstintaq İdarəsinin Priqorodnı rayonu üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd” maddəsi ilə cinayət işi açıb, cinayətkarları ömürlük həbs cəzası gözləyir.

  //Samir Qurbanov,Editor.az