Yola piyada zolağı çəkən təqaüdçü ilə bağlı araşdırmalara başlanıldı – VİDEObackend

Yola piyada zolağı çəkən təqaüdçü ilə bağlı araşdırmalara başlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Rusiyanın Biysk şəhərində yaşlı qadın aidiyyəti qurumlara etdiyi şikayətə cavab gəlmədiyini görüb öz təşəbbüsü ilə yola piyada zolağı çəkmişdi.

Hadisənin videosu sosial şəbəkələrdə paylaşılmış və geniş müzakirələrə səbəb olmuşdu.

“RİA Novosti” agentliyi xəbər verir ki, hadisə ilə əlaqədar Biysk şəhər prokurorluğu yoxlamalara başlayıb.

Prokurorluqdan bildirilib ki, hadisə dövlət qurumlarının nəzarətinə götürülüb və yoxlamanın nəticələrinə əsasən ictimaiyyətə ətraflı məlumat veriləcək.