Yolda belə tanınmayan məşhur gitaraçı: “Mənim Rəmişdən vacib işlərim var” – VİDEObackend

Yolda belə tanınmayan məşhur gitaraçı: “Mənim Rəmişdən vacib işlərim var” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı gitara ifaçısı Rəhman Məmmədli olub.

Editor.az xəbər verir ki, ifaçı, xalq artisti Rəmiş (Rafiq Hüseynov) haqqında söylədiyi fikrə aydınlıq gətirib:

“Mənə zəng vurub müsahibə üçün çağırdılar. Getdim, dedilər ki, Rəmişi ziyarətə gedirik, bizimlə gələrsiz? Dedim, axı o reanimasiyadadır, yanına buraxmazlar. Dedi, biz icazə alacağıq. Mən də razılaşdım, getdim. Tıxacla birgə 2 saata xəstəxanaya çatdıq. Orada 2 gitaraçı gəldi, Rəmişin pəncərəsi önündə ifa etməyə başladılar. 1 saatdan da çox zamanım orada getdi. Mən də dedim ki, bura baxın, 3 saat vaxtım itdi, mən bu qədər bekar adamam? Siz gedib Rəmişlə görüşün. Mənim bundan da vacib işlərim var”.

Gitaraçı, Rafiq Hüseynovun Rəmiş fenomeni yaratdığını da etiraf edib:

“Allah Rəmişə şəfa versin. Azərbaycana gitaranı o gətirib. Bu, danılmazdır. Müxtəlif ölkələrdə gitaramla ifa etmişəm, amma Rəhman fenomeni yaratmamışam. Lakin Rəmiş fenomeni var. Bir dəfə hətta, yolda balaca uşaqlar məni işarə edərək,”bax, Rəmiş” deyə göstərdilər”.