Yollarda təhlükəsizliyin təminatı – 104 yaşlı DYP-nin fəaliyyətinə ictimai baxış…backend

Yollarda təhlükəsizliyin təminatı – 104 yaşlı DYP-nin fəaliyyətinə ictimai baxış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

İctimai asayişin qorunmasında vacib elementlərdən biri də Yol Patrul Xidmətinin fəaliyyətə ilə bağlıdır. Daxili İşlər Nazirliyi sistemində yol polisinin fəaliyyəti ilə bağlı çoxsaylı müzakirələr aparılsa da, reallıq ondan ibarətdir ki, vətəndaşlarla ən çox ünsiyyətdə olan, onların gündəlik rahat hərəkətini və hərəkətinin təhlükəsizliyi təmin edən Dövlət Yol Polisi İdarəsidir. Birmənalı şəkildə demək olar ki, DYPİ Daxili İşlər Nazirliyi sistemində öz dəsti-xətti ilə seçilən, yollarda qəzalar və digər neqativ halların qarşısının alınmasında mühüm xidmətlər göstərən Daxili İşlər Nazirliyinin strukturudur. Zaman-zaman biz DYP əməkdaşlarının yollarda avtoxuliqanlıq etməyə çalışan, qəza şəraiti yaradan və vətəndaşların həyatı üçün təhlükə törədən sürücülərə qarşı kimliyindən, tutduğu mövqeyindən aslı olmayaraq çox sərt tədbirlər gördüyünün şahidi olmuşuq. Eyni zamanda vətəndaşlardan daxil olan müraciət və şikayətlərin araşdırılmasında, operativ reaksiya verilməsində də bu qurumun xidmətləri danıımazdır.

Uzun illər boyu bu quruma polis general- mayoru Ramiz Zeynalov rəhbərlik edir. Onun rəhbərliyi altında DYP həqiqətən böyük inkişaf yolu keçib. DYP əməkdaşları günün istəbilən saatında isti-soyuq, gecə-gündüz demədən Respublikanın yol və prospektlərində xidmət aparır, yollarda vətəndaşların təhlükəsiz hərəkəti üçün ciddi xidmət göstərir. 2 iyul- Polis Günü münasibətilə biz də öz növbəmizdə Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovu təbrik edir, mühüm və dövlətimiz üçün fəaliyyətində uğurlar arzu edirik.

Editor.az