“Yolların bərpası qarşıda geniş biznes imkanları açır” – İqtisadçıdan AÇIQLAMAbackend

“Yolların bərpası qarşıda geniş biznes imkanları açır” – İqtisadçıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yol iqtisadiyyatın olması üçün vacib şərtlərdən biridir”.

Bu sözləri Editor.az-a yol infrastrukturu ilə bağlı danışarkən iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur zonası uzun müddət işğal altında olub və yol infrastrukturu tamamilə dağıdılıb:

“Eyni zamanda, Azərbaycanın digər iqtisadi rayonları ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası arasında da ya birləşdirici yollar olmayıb, ya da tamam sıradan çıxıb. Bu baxımdan həmin yolların bərpa edilməsi regionlarda həyatın təşkili üçün əhəmiyyətlidir. Yolların bərpası qarşıda geniş biznes imkanları da açır.

Azərbaycan dünyada tranzit ölkə olmağa iddialıdır. Mərkəzi Asiyadan Türkiyə və Gürcüstana gedən yük axının Azərbaycandan keçməsinə çalışırıq. Bu da həm quru, həm də dəmiryol xətlərinin çəkilməsini zəruri edir”.

//Səbinə Hüseynli, Editor.az