Yolun işıqlandırılmaması faciəyə səbəb oldubackend

Yolun işıqlandırılmaması faciəyə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol çəkilən ərazidə kişi betona dəyərək ölüb.

Editor.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə avqustun 31-i saat 22 radələrində Nərimanov rayonunun “Çermet” qəsəbəsində baş verib.

Həmin ərazidə bir müddət əvvəl yolun asfaltlanması işlərinə başlanılıb, bunun üçün yolun kənarına beton maneələr düzülüb. Ərazinin işıqlandırılmaması səbəbindən gecə saatlarında evinə gedən, Əliyar Əliyev 48 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Əliyev Sahib Şahlar oğlu beton maneəyə dəyərək yıxılıb və betonun üzərində olan dəmir armatur onun ürəyini deşib.

S.Əliyev hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.