“Dünyada yaşayan əhali qrupu tam peyvəndlənmədikcə yeni ştamlar ortaya çıxacaq. Yeni ştamlar ortaya çıxdıqca əlimizdə olan peyvəndlər onlara qarşı davamsız olur. Ona görə hərkəs bacardığı qədər tez peyvənd olunmalıdır”.
Editor.az xəbər verir ki, bu sözləri ARB 24- ün efirində bunu Almaniyada çalışan azərbaycanlı həkim Ümid Səlimzadə deyib.
O, bildirib ki Azərbaycanda 18 yaş üstü əhali peyvəndlənir:
“Bu ölkə əhalisinin 7 milyonunu əhatə edir. Bu əhalinin 3 milyonu birinci doza, 2.1 milyonu isə hər iki doza peyvend olunub. Əgər peyvəndləmə prosesi bu cür sürətlə davam edərsə, gün ərzində 70-80 min insan peyvənd olunmağa davam edərsə, avqustun sonuna kimi daha 2.4 milyon insan da peyvənd olunacaq. İqtisadiyyatını düşünən heç bir dövlət peyvəndləmə siyasəti fonunda qapanmaya getmek istəməz. Əgər yoluxma sayı pik həddə çatarsa, gün ərzində virusa yoluxanların sayı 1500-2000-ə çatacaqsa, o zaman biz müəyyən qapanmalara gedə bilərik. Amma düşünürəm ki, ölkədə sürətlə peyvəndləmə prosesi həyata keçirildiyi üçün buna ehtiyac qalmayacaq”.
//Gülnarə Abasova, Editor.az

