Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanı təcrid etmək cəhdlərini davam etdirməyə razılaşıblar. Editor.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
“Biz Rusiyanı beynəlxalq arenada təcrid etməyə, Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcəyik. Belə tədbirləri Rusiyaya silah və hərbi dəstək verən üçüncü ölkələrə qarşı da tətbiq edəcəyik”, – Borrel deyib. O, belə ölkələr arasında İran və Belarusun adını çəkib.
//Samir Qurbanov,Editor.az

