Yoxa çıxmış Mi-8 helikopterinin qəza yeri və dağıntıları aşkarlanıbbackend

Yoxa çıxmış Mi-8 helikopterinin qəza yeri və dağıntıları aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yoxa çıxmış Mi-8 helikopterinin qəza yeri və dağıntıları aşkarlanıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Kareliyada Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qar avtomobillərində və hoverkamplarda Derevyannoye kəndi yaxınlığındakı akvatoriyaya baxış keçiriblər. Helikopterin qalıqları sahildən 11 kilometr aralıda və 50 metrə qədər dərinlikdə tapılıb”.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri ilə bazar günü Kareliyanın Prionejski rayonundakı Derevyannoye kəndi yaxınlığında əlaqə kəsilmişdi.

//Samir Qurbanov, Editor.az