YSK Vanda müxalifət partiyası nümayəndəsinin qalib gəldiyini elan edibbackend

YSK Vanda müxalifət partiyası nümayəndəsinin qalib gəldiyini elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin cənub-şərqindəki Van vilayətində keçirilən bələdiyyə seçkilərində müxalifət partiyası DEM-i təmsil edən Abdullah Zeydan qalib gəlib.

Editor.az xəbər verir ki, bu qərarı Türkiyə Ali Seçki Şurası (YSK) verib. Kürd yönümlü siyasi təşkilat daha əvvəl seçki orqanlarının seçkinin nəticələrini tanımamaq və mandatı hakim AKP-nin namizədinə təhvil verməmək qərarından yaranan böyük etirazlardan sonra YSK-ya üz tutmuşdu. “Yüksək Seçki Şurası (YSK) DEM partiyasının Van üçün müraciətini qəbul edib.

Beləliklə, DEM partiyasından Abdullah Zeydan Vanda mandat alacaq”, – “A Haber” bildirib. İğtişaşlarla nəticələnən nümayişlər bir anda bir neçə şəhərdə baş verib, kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulması onları dayandıra bilməyib. Polis etirazçıları, o cümlədən su şırnaqlarından istifadə edərək dağıdıb. Saxlanılan yüzə yaxın adam var.

//Samir Qurbanov, Editor.az