Tacikistanın Kulyab şəhərində yük maşını digər avtomobillərə və yaşayış binalarına çırpılıb.
Editor.az xəbər verir ki, 10 nəfər ölüb, 14 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə avqustun 6-da axşam saatlarında Düşənbə-Kulyab-Xoroq avtomobil yolunda baş verib.
Bu barədə Tacikistan Daxili İşlər Nazirliyi qurbanların sayını açıqlamadan məlumat verib. Onun sözlərinə görə, qəzaya səbəb əyləc nasazlığı olub. Prezident yanında Fövqəladə Hallar Komitəsi ölənlərin və yaralananların sayını açıqlayıb.
Faktla bağlı cinayət işi başlanıb, ilkin araşdırma aparılır. Prezident Emoməli Rəhmon Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, hökumət yanında Fövqəladə Hallar Komitəsi rəhbərlərini, Xatlon vilayətinin sədrini hadisə yerinə göndərib.
//Samir Qurbanov, Editor.az