Yük maşını RosQvardiyanın əsgərlərini daşıyan avtobusa çırpıldıbackend

Yük maşını RosQvardiyanın əsgərlərini daşıyan avtobusa çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Voronej vilayətində yüksək sürətlə gələn yük maşını Rusiya Qvardiyasının karvanına çırpılıb. Müvafiq foto və videolar internetdə yayılıb.

Editor.az Rusiyanın “Baza” Telegram kanalına istinadən xəbər verir ki, M4 Don şossesində yol-nəqliyyat hadisəsi baş verib. Yük maşınının sürücüsü sürət həddini aşaraq üç avtobus, üç “Urals” və iki müşayiət maşınından ibarət təhlükəsizlik qüvvələrinin karvanına çırpılıb.

Qəza nəticəsində yük maşınında olan sərnişin dünyasını dəyişib. Yük maşınının sürücüsü və beş Milli Qvardiyanın əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

//Samir Qurbanov, Editor.az