Yük qatarı ilə sərnişin qatarı toqquşdu: ölənlər varbackend

Yük qatarı ilə sərnişin qatarı toqquşdu: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada Ukraynanın Çop şəhərinə gedən “RegioJet 1021” sərnişin qatarı ČD Cargo yük qatarı ilə toqquşub.

İndi dörd ölü və onlarla yaralı haqqında məlumat var. Çexiyanın iDNES xəbər portalının məlumatına görə, qəza yeni Pardubice stansiyasının yaxınlığında baş verib.

Dəmiryolu Yanğından Mühafizə İdarəsinin sözçüsü Martin Kavka əvvəlcə “iki ölü və onlarla yaralı, bəzilərinin vəziyyətinin ağır olduğunu” açıqlayıb. Lakin bir saat sonra Pardubice xilasetmə xidmətinin sözçüsü Yelena Kisiala 4 nəfərin öldüyünə aydınlıq gətirib. Qeyd edildiyi kimi, onlarla zərərçəkənlər arasında uşaqlar da var.

Xilasetmə əməliyyatlarına helikopterlər və 36 ədəd peşəkar yanğınsöndürən və könüllülər cəlb olunub: “Qatarların toqquşması böyük bədbəxtlikdir, biz hamımız qurbanlar və yaralananlar haqqında düşünürük” – deyə Çexiyanın Baş naziri Petr Fiala sosial şəbəkədə yazıb. “Hospodářské noviny” yazır ki, RegioJet qatarı dayanma işarəsini keçib və bu, ilkin olaraq, yük qatarı ilə toqquşmaya səbəb ola bilər. Hazırda faktla bağlı araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az