Yük qatarı relsdən çıxdı, qatarların hərəkətində fasilələr yarandıbackend

Yük qatarı relsdən çıxdı, qatarların hərəkətində fasilələr yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Tekirdağ şəhərinin Çerkezköy Stansiyasında manevr edən yük qatarının relsdən çıxması nəticəsində bəzi reyslərdə fasilələr yaranıb.

Hadisədən sonra Ədirnə və İstanbul istiqamətində qatarların hərəkətində fasilə yaranıb. Qatar sərnişinləri Çerkezköy və Çorludan avtobuslarla getmək istədikləri yerlərə göndərilib.

Editor.az xəbər verir ki, hadisə səhər saat 10:00 radələrində Çerkezköy Vağzalında baş verib.
TRDD-yə məxsus DE-24199 nömrəli lokomotiv boş vaqonlarla manevr edərkən vaqon relsdən çıxıb. Relsdən çıxan vaqon dəmir yolunu yararsız hala salıb.

Hadisə zamanı insan itkisinin olmaması sevindirici olsa da, qatarların hərəkətində ciddi fasilələr yaranıb.

İstanbul Halkalıdan Uzunköprüyə getmək üçün qatarla Çerkezköyə gələn sərnişinlər avtobuslarla Uzunköprüyə göndərilərkən, Ədirnədən İstanbula yola düşən vətəndaşlar da, Çorludan Çerkezköyə gətirilərək əlavə avtobuslarla İstanbula göndərilib.

Səhər saatlarından etibarən təxminən 600 sərnişinin bu qaydada yola salınıb.

//Samir Qurbanov, Editor.az