Yüksək rütbəli məmur deputatı təhqir etdibackend

Yüksək rütbəli məmur deputatı təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimovla aralarında yaranmış mübahisədən danışıb. 

Yenisabah.azxəbər verir ki, deputat 1 həftə öncə ona tanımadığı nömrədən zəng gəldiyini qeyd edib: “Qəzəbli formada bir səs məndən soruşdu ki, Rüfət Quliyev, sənin Vüsalla, yoxsa BNA-la problemin var?!  Dedim danışan kimdi? Dedi Vüsal Kərimovam. Mən indiyə kimi eşitməmişəm ki, bir qurumun rəhbəri deputatla bu formada danışsın. Bu çox acınacaqlı və təhqiramiz formada danışıq idi. Bu barədə Milli Məclisin rəhbərliyinə də məlumat verdim

Hər bir məsələnin həlli-kökü var. Deputat həmkarlarımdan dəstək istəyirəm”.