Yunan adaları üçün viza azadlığıbackend

Yunan adaları üçün viza azadlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri zamanı görüşdüyü Yunanıstanın Baş naziri Kiriakos Miçotakis tərəfindən açıqlanan “Yunan adalarında türk turistlər üçün bir həftəlik viza azadlığı” qərarını türk turizm mütəxəssisləri müsbət qarşılansa da bu yay yunan adaları turlarına yüzdə 50-yə qədər artım olacağı gözlənilir.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Celestyal Cruise Türkiyə Direktoru və Karavan Turizm Direktoru Özgü Alnıtemiz Yunan adalarına əvvəlki illərdə viza azadlığının təmin edildiyini xatırladıb: “Turizm mütəxəssisləri olaraq xoşbəxtik, amma eyni zamanda diqqətli olmalıyıq. Almaniyanın Yunanıstan iqtisadiyyatına verdiyi töhfəni gözardı edə bilmərik. Almaniyanın Şengendə bir çəkisi var. Nələr olacağını özləyib görəcəyik”.

“Gündəlik səfərlərdən tutmuş kruiz turlarına qədər Yunanıstan iqtisadiyyatına ciddi töhfədir. Yunanıstan məsələyə türk turistlərin diqqətini cəlb etmək baxımından yanaşır. Türk turistlər üçün viza rüsumu beynəlxalq səyahətlər üçün yük yaradır. Bu gün xidmət Vasitəçi təşkilatlar tərəfindən alınan ödəniş 120 avro ilə 200 avro arasında dəyişir.Yunanıstan “Adaların viza liberallaşdırılması ziyarətçilərə əhəmiyyətli qənaət təmin edəcək.”

Keçən il otellərdəki qiymət artımı səbəbilə avro ilə satışa baxmayaraq yaxşı bir mövsüm keçirdiklərini ifadə edən Alnıtemiz hər il 1 milyon türkün Yunan adalarına getdiyini bildirib: “Məqsədimiz bu turistləri gəmi ilə aparmaqdır”.

Qərarın yalnız bu il üçün deyil, bir strategiya yaradılacağı təqdirdə gələcək illər üçün də etibarlı olması lazım olduğunu bildirən Alnıtemiz müsbət qərar veriləcəyini gözlədiyini bildirib.

//Səbinə Hüseynli, Editor.az