Yunan mətbuatı: Türkiyə və Yunanıstan Egeydə insan alverinə qarşı əməkdaşlığı gücləndirir; birgə patrullara hazırlaşırbackend

Yunan mətbuatı: Türkiyə və Yunanıstan Egeydə insan alverinə qarşı əməkdaşlığı gücləndirir; birgə patrullara hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Yunanıstan Egey dənizində insan alverini dayandırmaq üçün əməkdaşlığı gücləndirmək qərarına gəliblər. Yunanıstanın Dənizçilik və Ada Siyasətləri naziri Kristos Stylianides yanvarın 19-da Türkiyəyə səfər edib və daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb.

Editor.az Ta Nea-ə istinadla xəbər verir ki, davam edən təmaslar nəticəsində Türkiyə və Yunanıstan sahil mühafizə xidmətləri insan qaçaqmalçılığının qarşısını almaq üçün patrul xidməti zamanı əlaqə saxlamağa qərar verib. Sosialist PASOK partiyasına yaxınlığı ilə tanınan “Ta Nea” qəzetinə danışan mənbələr bu qərarla Türkiyə və Yunanıstanın dənizdəki “paralel” fəaliyyətlərdən “ortaq” fəaliyyətlərə keçməyə başladığını bildiriblər. Eyni mənbələr bildiriblər ki, birgə patrullara başlamazdan əvvəl Türkiyə insan alveri ilə məşğul olan dəstələri məhv etmək üçün məlumat paylaşmalıdır.

Mənbələr türk polisinin Yunan kəşfiyyatının verdiyi məlumatlar sayəsində İstanbul və İzmirdə bəzi insan qaçaqmalçılığı ilə məşğul olan quldur dəstələrini müəyyən edib dağıtdığını bildirib.

//Gülnarə Abasova, Editor.az