Gürcüstanın yunan-Roma güləşçisi Nuqzari Tsurtsumia 27 yaşında dünyasını dəyişib. Ölümün səbəbləri dəqiqləşdirilməyib.
Editor.az Gürcüstanın “Rustavi-2” telekanalına istinadən bildirir ki, Nuqzari Tsurtsumiyanın meyiti Xobi şəhərindəki evində tapılıb. İlkin versiyaya görə, güləşçi intihar edib.
Qeyd edək ki, Nuqzari Tsurtsumiya 1997-ci ildə Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti bölgəsində anadan olub. 2014-cü ildə yeniyetmələr arasında Avropa çempionatında bürünc, bir il sonra isə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
2019-cu ildə 55 kq çəki dərəcəsində Dünya Çempionatında qızıl medal qazanıb. Daha sonra Avropa çempionatında daha iki bürünc medal qazandı.
//Samir Qurbanov, Editor.az

