Yunanıstan ABŞ-dan PUA və 74 desant gəmisi alırbackend

Yunanıstan ABŞ-dan PUA və 74 desant gəmisi alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan 74 ədəd “AAV-7” tipli zirehli amfibiya desant gəmisi alır. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bundan əlavə Yunanıstan 3 ədəd “MQ-9 ” tipli PUA- nı da öz hərbi arsenalına daxil edir. Yunanıstan parlamentinin silahlanma komissiyası hərbi texnikanın alınması üçün 691 milyon avro dəyərində layihələri təsdiqləyib.

ABŞ istehsalı olan “MQ-9 ” tipli PUA-ların uçuş məsafəsi 1850 kilometrdir. Onlar 27 saat havada qala, 15 kilometr yüksəkliyə qədər uça bilirlər.

Yunanıstan tərəfinin sözlərinə görə, bu PUA-lar Egey və Şərqi Aralıq dənizini daim izləyəcək. “AAV-7” tipli zirehli maşınlar ABŞ-da təmir işləri başa çatdıqdan sonra Yunanıstana göndəriləcək.

//Nəzərbəy Hacıağayev, Editor.az