Yunanıstan çalxalanır: Mitsotakisin başı dərddə!backend

Yunanıstan çalxalanır: Mitsotakisin başı dərddə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda bu ölkənin Kəşfiyyat Xidmətinin (EYP) dövlətin nüfuzlu şəxslərinin mobil telefonlarına “Predator” adlı casus proqram yerləşdirərək qeyri-qanuni şəkildə dinlədiyi ilə bağlı qalmaqal davam edir.

Editor.az xəbər verir ki, Yunanıstandakı telefon dinləmə qalmaqalını üzə çıxaran “Documento” qəzeti bu dəfə Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros və general-leytenant Çaralampos Lalousisin telefonlarının dinlənildiyini iddia edib.

Yunanıstanın “Radikal Sol Koalisiyası” (SYRIZA) qəzetin iddialarından sonra bəyanat yayıb və hökumətə iki sual ünvanlayıb.

“Yunanıstan Kəşfiyyat Xidmətinin ölkənin silahlı qüvvələrinin rəhbərlərini hədəf alması doğrudurmu? Ölkənin kəşfiyyat idarəsinə rəhbərlik edən adlar və ölkənin baş naziri cənab Mitsotakis bu iddiaları təkzib edə bilərmi? Biz aydın cavablar gözləyirik”-deyə, bəyanatda qeyd olunur.

Bundan əvvəl isə Kəşfiyyat Xidməti tərəfindən Yunanıstanın keçmiş polis rəisi Mihalis Karamalakis, təhsil və dini işlər naziri Niki Kerameus, hökumət sözçüsü Yannis İkonomu, Yunanıstan Kəşfiyyat Xidmətinin prokuroru Vasiliki Vlahu, Təhsil və Dini İşlər Naziri Niki Kerameos Yanomni, “CNN Yunanıstan”ın iqtisadi müxbirlərindən biri Thanasis Koukakis, Panhellenik Sosialist Hərəkat Partiyasının (PASOK) lideri Nikos Androulakis, Yunanıstanın keçmiş baş naziri Andonis Samaras, xarici işlər naziri Nikos Dendias, inkişaf və investisiya naziri Andonis Yeorgiadis, keçmiş səhiyyə naziri Vasilis Kikilias, Nazir Mihalis Hrisohoidis və Olqa Yerovasili, Kathimerini qəzetinin baş redaktoru Aleksis Papahelas, müdafiə nazirinin müavini Nikos Hardalias, maliyyə naziri Kristos Staykuras, əmək naziri Kostis Hacidakis və bəzi yerli inzibati vahidlərin rəhbərlərinin, mühüm iş adamlarının dinlənildiyi üzə çıxmışdı.

//Samir Qurbanov, Editor.az