Yunanıstan Fransanın siyasətini yerinə yetirən alət rolunda çıxış edirbackend

Yunanıstan Fransanın siyasətini yerinə yetirən alət rolunda çıxış edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Azərbaycana qarşı riyakar mövqeyi aydın şəkildə ortadadır.

Editor.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, Yunanıstan müdafiə nazirinin Ermənistana səfəri zamanı ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürülüb.

“Xüsusilə qardaş Türkiyə ilə ölkəmizə qarşı ümumi bir oyunun oynanılmasını müşahidə edirik. Ermənistanla Yunanıstanın yaxınlaşması və burada Fransanın “baş dirijor” olduğunu nəzərə alsaq, riyakar məqsədlərini görə bilərik.

Yunanıstan Fransanın siyasətini yerinə yetirən alət rolunda çıxış edir. Bu proses birbaşa Fransanın göstərişi və diktəsi ilə baş verir. “Yunanıstan enerji qovşağına çevriləcək” kimi fikirlər səsləndirir, digər tərəfdən, Azərbaycana qarşı çirkin oyunların iştirakçısıdır. Bununla paralel olaraq, Azərbaycan-Türkiyə qardaşlığı bizə qarşı edilə biləcək siyasi riyakarlığın öhdəsindən qətiyyətlə gələcək.

Burada Ermənistana tək siyasi deyil, Hindistan və Fransanın hərbi-texniki dəstəyini də göstərmək olar. Yunanıstanın müdafiə nazirinin Ermənistana səfər etməsi və orada ölkəmizə qarşı bir çox riyakar açıqlamalar verməsi regionda sülhün, sabitliyin qorunmasına deyil mövcud vəziyyətin gərginləşdirilməsinə xidmət edir”.

Ekspert qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı təkcə siyasi meydanda deyil, eyni zamanda, hərbi-strateji müttəfiq olaraq belə problemlərin öhdəsindən gəlməkdə başlıca rol oynayır.

“Son dövrlərdə müdafiə sənayesi istiqamətində qardaş ölkə ilə birgə fəaliyyəti gələcəkdə bizə qarşı ola biləcək belə riyakar davranışların öhdəsindən gəlməkdə mühüm rol oynayacaq”, – deyə o qeyd edib.