Yunanıstan Ukraynanı pis vəziyyətdə qoydubackend

Yunanıstan Ukraynanı pis vəziyyətdə qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Ukraynaya “Patriot” və ya “S-300” zenit-raket komplekslərini (SAM) vermək niyyətində deyil.

Editor.az bildirir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib. Onun sözlərinə görə, buna səbəb bu sistemlərin ölkənin hava məkanının qorunması üçün vacib olmasıdır. Baş nazir xatırladıb ki, Yunanıstan “Ukraynanı müxtəlif yollarla, o cümlədən silahlarla dəstəkləyib. Lakin biz əvvəldən demişdik ki, bizim çəkindirmə qabiliyyətimiz üçün vacib olan silah sistemlərindən imtina edə bilmərik. Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq materiallar var, biz bunu davam etdirəcəyik”, – Mitsotakis bildirib.

“Financial Times” yazıb ki, Avropa İttifaqı (Aİ) ölkələri İspaniya və Yunanıstanı Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə məcbur edir. Qəzetin mənbələrinə görə, Avropa liderləri keçən həftə Brüssel sammitindən istifadə edərək məsələni İspaniya və Yunanıstanın baş nazirləri Pedro Sançes və Kiriakos Mitsotakislə şəxsən müzakirə ediblər. Eyni zamanda, “Le Monde”un yazdığına görə, Aİ Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri vermək istəmir.

//Samir Qurbanov, Editor.az