“Yunanıstan və Ermənistan hərbi əməkdaşlığı yeni münaqişənin başlayacağından xəbər verir”-AÇIQLAMAbackend

“Yunanıstan və Ermənistan hərbi əməkdaşlığı yeni münaqişənin başlayacağından xəbər verir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Yunanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin imzalanmasına yaşıl işıq verilib”.

Bunu Editor.az-a politoloq Sultan Zahidov Ermənistan və Yunanıstanın müdafiə nazirliklərinin hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşdıqları ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda tərəflər arasında sözügedən saziş imzalanacaq: ” Bu sazişin imzalanması haqqında təklif 2018-ci ildə Ermənistan tərəfindən gəlmişdi. Yunanıstan da yaxınlarda müsbət cavab verdi. 4-5 ay öncə də iki tərəf arasında 2023-cü il üçün hərbi əməkdaşlıq proqramı haqqında sənəd də imzalanmışdı. Bu proqram Ermənistan və Yunanıstan hərbiçiləri arasında birgə təlimlərin keçirilməsini, qarşılıqlı mübadilə proqramlarını, hərbi məsləhətləşmələri və s. nəzərdə tuturdu. Yeni imzalanacaq saziş isə tərəflər arasında hərbi-texniki sahədə birgə tədqiqatları, müştərək formada hərbi qabiliyyətin artırılması imkanlarının nəzərdən keçirilməsini və birgə silah istehsalını da özündə əks etdirir”.

Politoloqun fikrincə, bu addım Cənubi Qafqazda sülhə və sabitliyə xidmət etmir:

‘Son zamanlarda müxtəlif dövlətlərdən rəsmi İrəvana silah təchizatı həyata keçirilir. Bütün bunların fonunda Yunanıstanla belə bir sazişin imzalanması onu deməyə əsas verir ki, İrəvan hələ də sülh ritorikasından uzaqdır. Regionda silahlanma baş verirsə, hərbi sahədə əməkdaşlıq sazişlərinə imza atılırsa, bu, vəziyyətin gərginləşəcəyindən xəbər verir. Azərbaycan və Ermənistan arasında hələ də razılaşdırılmamış məqamların olduğunu nəzərə alsaq, bu kimi addımlar tərəflər arasında növbəti toqquşmanı istisna etmir. Rəsmi İrəvan rəqib, düşmən kimi gördüyü Azərbaycanın yaxın müttəfiqlərinin Türkiyə, Pakistan kimi ölkələr olduğunu görür və bunun qarşılığında “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış etməyə çalışır”.

//Safura Bənnayeva, Editor.az