Yunanıstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq müqaviləsi imzalanıbbackend

Yunanıstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afinada Yunanıstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, saziş Yunanıstanın xarici işlər nazirinin müavini Fragogiannis və Səudiyyə Ərəbistanı investisiyalar naziri Xalid Əl-Falih arasında imzalanıb.

Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, protokol iki ölkə arasında turizm, dənizçilik, səhiyyə, kənd təsərrüfatı, təhsil, tədqiqat və innovasiya sahələrində əməkdaşlığın növbəti addımlarını müəyyən edir.

//Nəzərbəy Hacıağayev, Editor.az