Yunanıstan XİN rəhbəri: Türkiyə-Yunanıstan münaqişələri həll edilə bilərbackend

Yunanıstan XİN rəhbəri: Türkiyə-Yunanıstan münaqişələri həll edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın xarici işlər naziri Nikos Dendias ölkənin yerli SKAI TV-yə açıqlamasında Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı dəyərləndirmələr edib.

Editor.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Dendias Türkiyə ilə Yunanıstan arasındakı problemlərə həm Türkiyə, həm də Yunanıstanın səyi ilə həll yollarının tapıla biləcəyinə inandığını bildirib.

Dendias zəlzələlərdən sonra çox müsbət atmosferin olduğunu və bunun xarici siyasətdə yaxınlaşma və dialoq prosesinin başlanmasında başlıca rol oynadığını bildirib. Nikos Dendias “Türkiyə-Yunan mübahisələri həll edilə bilər. Həm Yunanıstanın, həm də Türkiyənin qazanacağı bir həll yolu tapıla bilər. Çünki birinin qazancı digərinin itirməsi deyil”,-deyə o, bildirib.

//Gülnarə Abasova, Editor.az