Yunanıstanda sentyabr ayında iki dəfə baş verən sel fəlakətləri səbəbindən hələ də əlçatmaz olan kəndlərə pilotsuz uçuş aparatı (dron) vasitəsilə dərman və ərzaq yardımının edildiyi bildirilib.
Editor.az Yunanıstan mətbuatına istinadla xəbər verir ki, selin ən sıx olduğu əyalətlərdən biri olan Trikala yaxınlığındakı Muzaki bölgəsində bəzi kəndlərə nəqliyyat hələ də təmin edilməyib
Daşqınların yaratdığı torpaq sürüşmələri bir çox kənd yollarının bağlanmasına səbəb olub.
//Gülnarə Abasova, Editor.az

