Yunanıstanda göyərtəsində 300-ə yaxın insan olan gəmi yandı – FOTO – VİDEObackend

Yunanıstanda göyərtəsində 300-ə yaxın insan olan gəmi yandı – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İon dənizinin Yunanıstan sahillərində içərisində 237 nəfər sərnişin, 51 ekipaj üzvünün  olduğu İtaliyaya məxsus kruiz gəmisi “Euroferry Olympia” yanıb.

Publika.az xəbər verir ki, bu barədə “Agence France-Presse” liman rəhbərliyinə istinadən məlumat yayıb.

“Euroferry Olympia” Yunanıstanın İqoumenitsa və İtaliyanın Brindisi şəhərləri arasında reys həyata keçirirmiş. Hadisə Yunanıstanın Korfu adası yaxınlığında baş verib.

İçərisində ümumilikdə 288 nəfərin olduğu gəmidə ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. Yanğının baş vermə səbəbi də hələlik məlum deyil.

Son məlumata görə, Xarici İşlər naziri Kostas Katsafados Yunanıstanın “Skai” radiostansiyasına verdiyi açıqlamada bütün sərnişinlərin həyati təhlükəsinin olmadığını bildirib.