Egey dənizində Yunanıstanın Karpatos adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Seysmik hadisə mayın 14-nə keçən gecə UTC vaxtı ilə 22:51-də baş verib. Yeraltı təkanların episentri adanın 38 km cənubunda, mənbə 71 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Karpatos adasında 2,2 minə yaxın insan yaşayır. Zəlzələ sunami təhlükəsi yaratmayıb və sakinlərin təxliyəsinə ehtiyac olmayıb. Tələfat və ya ciddi dağıntılar barədə hələlik məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az