Yunanıstanda həyəcanlı vəziyyət elan edilibbackend

Yunanıstanda həyəcanlı vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinanın da daxil olduğu Attika Bölgəsi Xalq Sağlamlığı və Sosial Xidmətlər Ümumi Müdirliyi tərəfindən yayımlanan açıqlamada iqlim şəraiti və həyəcan vəziyyətinə görə Asiya pələng ağcaqanadlarının sayının artdığı elan edilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Attika bölgəsinin bir çox bölgəsində Asiya pələngi ağcaqanadlarının sayının əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artdığı və bu artımın son həftələrdə yüksək rütubət, yağış və isti hava kimi iqlim şərtlərindən qaynaqlandığı bildirilib.

Açıqlamada, dərmanlama işlərinin davam etdiyi qeyd olunub. Ağcaqanad dişləmələri nəticəsində yaranan narahatlığın artmasının qarşısını almaq üçün qorunma təlimatlarına əməl edilməsi tövsiyə edilib.

//Səbinə Hüseynli, Editor.az