Yunanıstanda karantin rejimi uzadıldıbackend

Yunanıstanda karantin rejimi uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda koronavirusla bağlı karantin rejimi daha 1 həftə uzadılıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə nazirinin müavini Nikos Hardalias məlumat verib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətlə əlaqədar olaraq karantin rejimi 16 – 22 mart tarixləri arasında davam edəcək.

Bildirilib ki, bu müddət ərzində əvvəllər tətbiq olunan bütün məhdudiyyətlər qüvvədə olacaq. Belə ki, maska taxmaq məcburidir və komendant saatı 21:00- 05:00 arasında tətbiq ediləcək. Həmçinin, bərbərxana və mağazaların fəaliyyəti olduğu kimi, yəni qeyi-işlək vəziyyətdə olacaq.

Maska taxmamağa görə cərimə 300 avrodur.

Bundan əlavə, nazir məktəblərin martın 29-dək bağlı qalacağını, dərslərin onlayn formatda aparılacağını açıqlayıb.