Yunanıstanda meşə yanğınları nəzarətə alınıbbackend

Yunanıstanda meşə yanğınları nəzarətə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinadan 24 kilometr cənubda yerləşən Vari, Varkiza və Voula bölgələrində ötən həftə sonu meşə yanğını baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, yanğınlara dərhal müdaxilə edilib və 6 kvadrat kilometr əraziyə yayılan yanğını söndürmək üçün 2 mülki , 1 hərbi və iki yanğınsöndürmə helikopteri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın artıq nəzarətə alınıb. Bildirilib ki, yanğın zamanı heç bir tələfat yaşanmayıb və təxliyə edilən 98 evin sakinləri artıq geri qayıdıb.

Qeyd edək ki, son 54 gün ərzində 156 yanğın qeydə alınıb.

//Nəzərbəy Hacıağayev, Editor.az