Yunanıstanda parlament seçkiləri keçirilibbackend

Yunanıstanda parlament seçkiləri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda parlament seçkiləri başa çatıb.

Bu barədə bazar günü seçkilərin keçirilməsinə cavabdeh olan Yunanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə 20:00-da) bağlanıb.

Bir qədər sonra Yunanıstanın yeddi aparıcı özəl telekanalı eyni vaxtda ilk “exit-poll”un ümumi nəticələrini elan edəcək.

Qeyd edək ki, seçkilər 36 partiya və koalisiyanın, eləcə də bir müstəqil namizəd Stefanos Proitsisin iştirakı ilə baş tutub. Bununla belə, əsas mübarizə baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hakim sağ mərkəzçi Yeni Demokratiya partiyası ilə ana müxalifət partiyası olan Radikal Sol Koalisiyanın keçmiş baş naziri Aleksis Tsiprasın Proqressiv Alyansı arasında gedir.

Seçkilər sadə proporsional sistem üzrə keçirilir. Əgər bir partiya ümumxalq səslərinin 10%-ni alsa, o zaman 300 yerlik birpalatalı parlamentdə 30 yer qazanacaq. Məclisə 3% səs baryerini keçən partiyalar daxil olacaq. 285 yer 59 seçki dairəsi, qalanları isə milli siyahılar üzrə seçiləcək. Qanunverici orqana nəzarət etmək üçün minimum 151 yer tələb olunur.

Son rəy sorğularına görə, belə bir sistemdə heç bir partiya Nazirlər Kabinetini formalaşdırmaq üçün lazım olan səslərin az qala yarısını ala bilməyəcək. Əgər mayın 21-də keçirilən səsvermənin nəticələrinə əsasən hökuməti formalaşdırmaq mümkün olmasa, o zaman yeni seçkilər tələb oluna bilər ki, bu da 25 iyun və ya iyulun 2-nə təyin oluna bilər.

Mənbə: TASS