Yunanıstanın Arachova dağ-xizək kurortunun yaxınlığında aşağı temperatur səbəbindən elektriklə işləyən avtomobillərdə yaranan texniki problemlər nədəni ilə kilometrlərlə tıxac yaranıb. Bu barədə Editor.az RİA Novosti-yə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bir çox yunanlar Milad bayramını qeyd etmək üçün kurorta gedirlər. Günorta saatlarında şəhərə yaxın ensiz yolda 5 kilometrlik tıxac yaranıb. Yunan polisi bölgədəki aşağı temperatur səbəbiylə bir çox elektrik avtomobilində texniki problemlər yaşandığını vurğulayıb. Nəticədə avtomobillər hərəkətsiz vəziyyətdə qalıb. Yerli mətbuatın məlumatına görə, bir çox avtomobillərdə qar zəncirləri olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vurğulayıblar ki, polis nəqliyyat vasitələrinin zəncirləndiyini, habelə hərəkəti tənzimləmək üçün yol hərəkəti iştirakçılarını daim yoxlayır. Polis vurğulayıb ki, Araçova rayonunda bütün sürücülər avtomobillərində qış təkərləri ilə təchiz olunmasa, avtomobillərini sürüşməyə qarşı cihazlarla təchiz etməlidirlər.
//Gülnarə Abasova, Editor.az