Yunanıstandan ABŞ-ın təklifinə RƏDD CAVABIbackend

Yunanıstandan ABŞ-ın təklifinə RƏDD CAVABI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan ABŞ-ın Ukraynaya Rusiya istehsalı olan silahların göndərilməsi təklifini rədd edib.

Editor.az xəbər verir ki, Yunanıstan mətbuatında yer alan məlumata görə, danışıqlar aparmaq üçün Afinaya gələn ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Yunanıstanın müdafiə naziri Nikos Panayatopulos ilə görüşüb.

Nuland Afinanın Ukraynaya verdiyi dəstəkdən məmnunluğunu ifadə edib və Yunanıstanın Ukraynaya əlavə silahlar göndərməsini təklif edib.

“Yunanıstan öz müdafiə qabiliyyətini güzəştə gedə bilməz”,- deyə Panayatopoulos bildirib. O, açıqlamaları ilə dolayısı ilə bu təklifi rədd edib.

//Gülnarə Abasova, Editor.az