“Yunanıstanın Azərbaycandakı səfiri Azərbaycanla Yunanıstan arasında enerji sektorunun genişləndirilməsinə müsbət baxdıqlarını qeyd edib. Bu anlaşılan addımdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Yunanıstan öz ərazisindən keçən boru kəmərləri ilə bağlı əlavə dividend qazanır: “Eyni zamanda vacib enerji koridorunda yerləşməsi Yunanınstanın əhəmiyyətini artırır. Azərbaycan da bundan istifadə etməlidir. Xarici ticarətdə iqtisadi və siyasi maraqlar həmişə bir-birini tamamlamalıdır.
Azərbaycan da Yunanıstana bu layihələrdə daha da yaxından istifadə etməsi üçün öz mövqeyində yəni Azərbaycan və Türkiyə ilə münasibətlərində müəyyən dəyişiklərin olmasını tələb edə bilər. Diplomatiya hər zaman qapalı qapılar arxasında reallaşır.
Diplomatik görüşlərdə bu məsələni israrla Yunanıstan tərəfinin diqqətinə çatdırmaq lazımdır. Əgər Yunanıstan iqtisadi maraqlarını təmin etmək istəyirsə Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmaq lazımdır. Bu Yunanıstana qarşı ciddi təzyiq və təsir mexanizmi yarada bilər”.
//Safura Bənnayeva, Editor.az

