Yunanıstanın baş naziri Miçotakis: Türkiyə ilə müharibə etməyəcəyikbackend

Yunanıstanın baş naziri Miçotakis: Türkiyə ilə müharibə etməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın baş naziri Kiryakos Miçotakis Türkiyə və Yunanıstanın problemlərinin həllini masa arxasında tapa biləcəyinə inandığını, iki ölkə arasında mümkün olduğu qədər müharibə görmədiyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə baş nazir İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində etdiyi çıxışında bildirib.

Yunanıstanın baş naziri Türkiyə ilə Yunanıstan arasında son üç ildə böyük bir gərginliyin olduğunu və problemlərin həllini tapmalı olduqlarını vurğulayıb. Meis adası ilə bağlı təhlükənin olub-olmaması və Türkiyə ilə müharibəyə girib-girilməyəcəyi sualına isə Türkiyə ilə müharibə etməyəcəklərini bildirib.

Türkiyə ilə Yunanıstan arasındakı əsas problemin Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası ərazilərinin məhdudlaşdırılması olduğunu bildirən Miçotakis bunun Egey dənizinin coğrafi quruluşuna görə mürəkkəb bir problem olduğunu, Yunanıstanın da oxşar problemlərin həlli üçün İtaliya və Misirlə müqavilə bağladığını bildirib.

//Gülnarə Abasova, Editor.az