“ABŞ Türkiyəni öz tərəfində saxlamaq üçün Yunanıstanın suverenliyini satacaq. Biz Türkiyə ilə Aralıq dənizində təbii qaz çıxarmalıyıq”.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yunan professoru İonnis Mazis deyib.
O, bildirib ki, Yunanıstan hər dəfə türklərə, makedonlara və albanlara qarşı bazarlıq predmeti kimi təqdim olunur.
Qeyd edək ki, ötən gün “artıq mənim üçün Miçotakis yoxdur” deyən prezident Ərdoğanın açıqlamaları Yunanıstanda səs-küyə səbəb olub. Mətbuatda “Türkiyə lideri əks-hücum etdi”, “zəhərli açıqlamalar”, “Ərdoğan Miçotakisə qəzəbli, dənizdə və havada gərginlik” və “Ərdoğan: Miçotakisin silinməsi” kimi başlıqlardan istifadə edilib.
//Gülnarə Abasova, Editor.az

